Konfrans Liqası

Əliyar Ağayevin idarə etdiyi oyunda isveçrəlilər sevindi

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.

Aut az xəbər verir ki, FIFA referisi Konfrans Liqası pley-off mərhələsinin “Ludoqorets” – “Servett” matçını idarə edib. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə üstünlük əldə edən İsveçrə təmsilçisi 1/8 finala yüksəlib.

Əliyar Ağayev bu görüşdə 6 sarı vərəqə göstərib. O, hər komandanı 3 dəfə cəzalandırıb.