Almaniya

Kroosdan sensasion qərar – Qayıdır

“Real”ın yarımmüdafiəçisi Toni Kroos AVRO-2024-dən əvvəl milli komandaya qayıdacağını açıqlayıb.

Xatırladaq ki, turnir bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarımmüdafiəçi 2020-ci il Avropa çempionatından dərhal sonra millini tərk edib.

Aut.az xəbər verir ki, Kroos bu barədə sosial şəbəkələrdə yazıb.

“Mart ayından yenidən Almaniya yığmasında oynayacağam. Niyə? Çünki baş məşqçi məndən bunu istədi. Mən buna hazıram və əminəm ki, bizi Avropa çempionatında azarkeşlərin düşündüklərindən daha çox şey gözləyir”, – Kroos bildirib.

Kroos 11 il (2010-2021) milli komandada çıxış edib. Bu müddətdə yarımmüdafiəçi 106 matçda iştirak edib, 17 qol vurub. Futbolçu 2014-cü ildə dünya çempionu olub.

Aut.az