Dünya futbol tarixinin ən yaxşı 3 qapıçısı – Çexin versiyası
“Çelsi”nin sabiq qapıçısı və texniki direktor Petr Çex dünya futbol tarixinin ən yaxşı qapıçıları haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
“Tarixin ən yaxşı qapıçısı kimdir? Kompleks məsələdir. Mən mütləq Canluici Buffonu ilk üçlüyə daxil edərdim. Noyerin də adını çəkərdim.
Böyük futbolçulardan bir neçəsini seçmək həmişə çətindir. Peter Şmeyxel üzərində də dayanacağam. Seçimlərim arasında iki dünya çempionu var, buna görə də yəqin ki, sıra belədir”, – Çex bildirib.
Buffon 2006-cı ildə İtaliya yığması, Noyer isə 2014-cü ildə Almaniya ilə Dünya Kubokunun qalibi olub. Alman həm də UEFA Çempionlar Liqasını qazanmağı bacarıb. Şmeyxel də öz növbəsində 1992-ci ildə Danimarka ilə Avropa çempionu olub.
Aut.az
