Türkiyə

Şahruddin yenə də, kobud səhv etdi, əvəzləndi – VİDEO

Türkiyə Super Liqasının 26-cı turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Alanyaspor”u qəbul edib.

Aut.az xəbər verir ki, Məhəmmədəliyev yenə də kobud səhv edib. O, topu rəqib futbolçuya ötürüb və bundan sonra qapısında qol görüb.

Komandanın baş məşqçisi Hikmət Karaman fasilədə onu əvəzləyib.

Şahruddin əvəzlənərkən 0:2 hesabı ilə geridə olan “Adana Dəmirspor” meydandan bir xalla ayrılmağı bacarıb – 3:3.