“Real” Modriçin planlarını necə pozub?
“Real”ın yarımmüdafiəçisi Luka Modriç komandadakı mövqeyindən son dərəcə narazıdır.
Aut.az xəbər verir ki, bu barədə Relevo məlumat yayıb.
Mənbənin sözlərinə görə, xorvatiyalı futbolçu 2023-cü ildə müqaviləsinin uzadılmasından əvvəl ona verilən vədlər yerinə yetirilməməsindən məyus olub. Razılaşmalara uyğun olaraq, Modriç zədəli olmamaq şərti ilə həmişə meydanda olmalı idi.
Vurğulanır ki, o, bu mövsüm oyun formasına görə deyil, gənc oyunçulara üstünlük verildiyin görə daha az oyun vaxtı alır. Vəziyyət dəyişməsə, Modriç klubla müqaviləsini yeniləməyəcək. O, futbolçu karyerasını “Real”da yüksək səviyyə bitirəcəyini gözləsə də, gözləntiləri özünü doğrultmur.
Xatırladaq ki, bu mövsüm 38 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 27 matçda iştirak edib, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
