Əfsanəvi məşqçi öldü
Şənbə günü, fevralın 16-da əfsanəvi məşqçi Çarlz “Lefti” Drisellin ürəyi dayanıb.
Aut.az xəbər verir ki, əfsanəvi məşqçinin ölüm xəbərini Merilend Universiteti verib. Drisellin nəvəsi, “Uoford”da köməkçi məşqçi olan Ty Anderson “The Washington Post”a deyib ki, Çarlz Virciniya ştatının Virciniya Biçindəki evində dünyasını dəyişib. Məşqçinin 92 yaşı var idi.
Drisell 41 mövsüm ərzində MBA komandalarını idarə edib. Davidson, Merilend, James Madison və Georgia State universitetlərində çalışıb.
O, 2003-cü ildə məşqçilik karyerasını bitirəndə MBA tarixində qazanılan oyunlara görə yalnız Bob Nayt, Adolf Rapp və Din Smitdən geri qalıb.
NBA Şöhrət Zalının da üzvü olan Çarlzın 786 qələbəsi var.
Aut.az
