Dünya futbolu

Messinin durumu necədir?

“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi zədəsini sağaldıb.

Aut.az xəbər verir ki, o, MLS-in yeni mövsümünün ilk oyununda oynamağa hazırdır. O, fevralın 22-nə keçən gecə “Real Solt Leyk” ilə matçda meydanda olacaq.

Argentinalı əksər yoldaşlıq görüşlərində iştirak etsə də, “İnter Mayami”nin beynəlxalq turu zamanı qasıq nahiyəsində problem yaşayıb.

“Leo tam sağalıb. Biz yavaş-yavaş Messi ilə məşq edirik. O, “Old Boys”a qarşı demək olar ki, 60 dəqiqə oynadı. Bizim əsas vəzifəmiz onu çempionatın startına hazırlamaqdır”, – deyə “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bildirib.