Onun “Atletiko”da ən əlamətdar qolu – Simeone açıqladı
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone klub tarixinin bombardiri Antuan Qrizmanın qollarından hansını ən əlamətdar hesab etdiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Simeone bu barədə “Atletiko Universe”də açıqlamasında bildirib:
“Antuan Qrizmannın ən vacib qolu Münhendə vurduğu və bizi Çempionlar Liqasının finalına aparan qol idi ki, bu da hər gün baş vermir. O, lazımi anda lazımi yerdə idi”.
Söhbət Çempionlar Liqasının 2015/2016 mövsümünün ikinci yarımfinal oyunundan – “Bavariya” ilə qarşılaşmadan gedir.
Həmin görüşdə münhenlilər 2:1 hesabı ilə qalib gəlsə də, yarımfinalın ilk oyununda 0:1 hesabı ilə uduzduqlarından bu yarışın finalına çıxa bilməyib. Eyni zamanda, Qrizmann cavab yarımfinalında 53-cü dəqiqədə fərqlənib.
Aut.az
