Çempionlar Liqasıİspaniya

Korss həmyerlilərinə qahmar çıxdı, Lunin onunla mübahisə etdi

Fevralın 13-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “RB Leipziq” “Real”la qarşılaşıb.

Aut.az xəbər verir ki, görüşün əvvəlində meydan sahibləri qol vurublar, amma passiv ofsayd səbəbindən ləğv edilib.

Oyundan sonra “Real”ın alman yarımmüdafiəçisi Toni Kroos qolun qeydə alınmalı olduğunu bildirib.

“Don Diario”nun sözlərinə görə, komanda yoldaşının bu cür sözləri “Real”ın ukraynalı qapıçısı Luninin qəzəbinə səbəb olub və komanda evə qayıdarkən təyyarədə oyunçular arasında münaqişə yaranıb. “Qalaktikos”un baş məşqçisi Karlo Ançelotti iki futbolçu arasındakı gərginliyi sakitləşdirməli olub.

Aut.