Turun oyunlarını neçə azarkeş izlədi?
Azərbaycan Premyer Liqasında XXII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, ən çox tamaşaçı Tovuzda qeydə alınıb. “Turan Tovuz”un “Qəbələ”ni məğlub etdiyi oyunu (2:1) 4500 tamaşaçı izləyib.
Ən aşağı göstərici isə Qəbələdə olub. Ev oyunlarını burada keçirən “Kəpəz”in “Səbail”lə görüşünü stadiondan 120 tamaçaçı izləyib.
Qarabağ – Sabah 3:3 / 860 tamaşaçı
Kəpəz – Səbail 1:4 / 120
Turan Tovuz – Qəbələ 2:1 / 4500
Zenit – Sumqayıt 0:0 / 600
Araz-Naxçıvan – Neftçi 1:0 / 400
