Almaniya

“Bavariya” yayda onu alacaq – Kompensasiyanın məbləği məlumdur

“Bavariya” yayda qvineyalı hücumçu Serou Quirassi ilə müqavilə imzalayaraq hücum xəttini gücləndirməyi planlaşdırır.

Aut.az “Bild”ə istinadən xəbər verir ki, forvardın hazırda çıxış etdiyi “Ştutqart” hücumçu üçün lazımi məbləği – 20 milyon avro təzminat ödəməyə hazır olan Münhen komandasının niyyətindən xəbərdardır.

“Bavariya” belə sərfəli qiymətə sövdələşməni tamamlamaq fürsətini əldən vermək istəmir, lakin Quirassinin özünün Harri Keynlə rəqabət aparmalı olacağı Münhenə keçməyə razı olub-olmayacağı bilinmir.

Qeyd edək ki, hazırda zədəli olan Quirassi Bundesliqada 15 oyun keçirib və 17 qol vurub.

Aut.az