Azərbaycan futbolu

“Sabah”dan Kerjakovla bağlı rəsmi açıqlama

“Sabah” Aleksandr Kerjakovun baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.

Aut.az xəbər verir ki, bunu “Sabah”ın mətbuat katibi Elnur Həmidov bildirib.

“Aleksandr Kerjakovun “Sabah”a baş məşqçi təyin olunması ilə bağlı heç bir söhbət olmayıb”, – deyə Həmidov Sport24-ün müxbiri Vladislav Şapiroya müsahibəsində bildirib.

Daha əvvəl mətbuatda 41 yaşlı rusiyalı mütəxəssisin Azərbaycan klubu ilə danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, daha bir rusiyalı məşqçi Murad Musayev bir müddət əvvəl “Sabah”ın baş məşqçi postunu tərk edib.

Kerjakovun son iş yeri ötən ilin iyunundan noyabr ayına kimi rəhbərlik etdiyi Serbiya “Spartak”ıolub.

Aut.az