Güləş

Azərbaycanın 4 güləşçisi yarımfinalda

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına start verilib.

Aut.az xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxıblar.

Gün ərzində Azərbaycanın 55, 63, 77, 87 və 130 kq-da mübarizə aparan güləşçiləri mübarizəyə qoşulublar.

Rəşad Məmmədov, Murad Məmmədov, İslam Abbasov və Beka Kandelak yarımfinala qədər uğurla irəlləyiblər.

Sənan Süleymanov isə 1/4 finalda Antonio Kamenyaseviçə 1:3 hesabıyla məğlub olub.

55 kq
Rəşad Məmmədov – Nuqzari Tsurtsumia

63 kq
Murad Məmmədov – Ənvər Allahyarov

87 kq
İslam Abbasov – Aleksandr Komarov

130 kq
Beka Kandelaki – Rza Kayaalp

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 20:00-da start götürəcək.