Məğlubiyyətə belə bəhanə tapdı
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel “Bayer”ə 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
Aut.az xəbər verir ki, Tuxel “Bavariya”nın Leverkuzen klubunda icarə əsasında çıxış edən futbolçusu Yosip Stanişiç haqda da danışıb.
“İngiltərədə yaxşı bir qayda var ki, bir oyunçunu icarəyə verəndə, o, sənə qarşı oynaya bilməz. Bu qayda, təəssüf ki, Almaniyada yoxdur. İndi biz bunun qurbanına çevrilmişik. Stanisiçi təbrik etdim, çünki o, hazırda “Bayer”in oyunçusudur.
Hər şey bizdən asılıdır. Biz ümidimizi kəsmək fikrində deyilik. Son matça qədər hər şeyi etməyə çalışacağıq. İndi “Bayer” fərqi artırmaq şansından istifadə etdi. Bizim edə biləcəyimiz tək şey reaksiya göstərmək və davam etməkdir. Bu, bizim planımızdır”, – deyə Tuxel bildirib.
“Bavariya” üzərində qələbədən sonra “Bayer” Almaniya Bundesliqasının turnir cədvəlində liderliyini möhkəmləndirib. Xabi Alonsonun komandasının hazırda 55 xalı var. İkinci yerdə 50 xalla “Bavariya” qərarlaşıb.
Aut.az
