Renat Dadaşov oynadı?
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Aut.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu mərhələdə “Başakşəhər”lə qarşılaşıb.
Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibini penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə dəqiq olan “Başakşəhər” qələbə qazanıb və 1/4 finala yüksəlib.
Dadaşov bu görüşə start heyətdə çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib.
