Dünya futbolu

Ronaldo doğum gününü belə qeyd etdi – FOTO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo övladları və nişanlısı Corcina Rodriqeslə qeyd etdiyi ad günündən fotolar yayımlayıb.

Aut.az xəbər verir ki, Portuqaliya millisinin üzvünün fevralın 5-də 39 yaşı tamam olub. “Doğum gününü ən yaxşı şəkildə keçirə bildiyim üçün həyəcanlıyam: ailəmlə və yenidən məşq meydanında. Xoş sözlərinizə görə hər kəsə təşəkkür edirəm!”, – deyə Ronaldo yazıya imza atıb.

Qeyd edək ki, “Əl-Nəsr”dəki komanda yoldaşları məşq başlamazdan əvvəl Ronaldoya futbolçunun özünün təsvir olunduğu ad günü tortu təqdim ediblər.

Ronaldo doğum gününü belə qeyd etdi - FOTO