Stadionun təkcə damını bu qiymətə dəyişəcəklər – FANTASTİK MƏBLƏĞ
Kvebek əyalət hökuməti Monrealdakı Olimpiya Stadionunda yeni damın tikintisi üçün 870 milyon dollar ayıracaq.
Aut.az xəbər verir ki, dam örtüyünün yenilənməsi arenanın bütün il boyu istifadəsinə imkan verəcək və onun gəlirliliyini artıracaq. Stadionda keçirilən tədbirlərin sayını ildə 30-dan 150-yə çatdıracaq. Yeni damın istismar müddəti 50 il olacaq.
Bu arena 1973-cü ildə tikilib və 1976-cı il Olimpiadasına ev sahibliyi edib.
