Azərbaycan futbolu

Qurban Berdiyev Azərbaycana gəlir: Futbolçuları ilə vidalaşdı

Rusiyalı tanınmış futbol məşqçisi Qurban Berdliyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sport24.ru” məlumat yayıb.

Bildirilir ki, Mahaçqala “Dinamo”sunda çalışan Berdıyev bu gün futbolçular ilə vidalaşıb. 71 yaşlı mütəxəssis artıq komandanı tərk edir.

Ancaq onun Azərbaycanda hansı postu tutacağı barədə informasiya yoxdur.

Berdyev 2023-cü ilin yayından “Dinamo”ya rəhbərlik edir. Bu mövsüm onun rəhbərlik etdiyi komanda Birinci Liqa turnir cədvəlinə başçılıq edir. Təcrübəli mütəxəssis həm də “Rubin”, “Rostov” və “Soçi” klublarındakı fəaliyyəti ilə tanınıb.

Qeyd edək ki, Azərbaycanda hazırda baş məşqçi vəzifəsinə 2 vakant yer var. Söhbət Azərbaycan millisi və “Sabah” klubundan gedir.

Aut.az