Azərbaycan futbolu

UEFA Veşoviçin cəzasını açıqladı

Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Hakken”lə oyunda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Marko Veşoviçin cəzası açıqlanıb.

Aut.az xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib.

Veşoviç pley-off mərhələsində “Braqa”ya qarşı keçiriləcək səfər matçını buraxacaq. O, Bakıdakı cavab görüşündə meydana çıxa biləcək.

“Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Cavab görüşü isə bir həftə sonra – 22 fevralda Bakıda olacaq.