Kross milliyə qayıdır?
“Real”ın yarımmüdafiəçisi Toni Kroos Almaniya millisindəki çıxışını bərpa etmək imkanını nəzərdən keçirir,
Aut.az “Athletic”ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “bundestim”in baş məşqçisi Yulian Naqelsmannla yaxşı münasibət saxlayır. O, vətənlərində keçiriləcək Avropa çempionatında iştirak etmək üçün qayıda bilər.
Kroos 2021-ci ilin yayında yığma karyerasını başa vurduğunu açıqlayıb. O, millinin heyətində 106 oyun keçirib və 17 qol vurub.
Qeyd edək ki, Bu mövsüm Kroos “Real”ın heyətində 29 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.
