AUT.AZ

“Qalatasaray”dan geridönüş

Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Alanyaspor” azarkeşləri önündə “Pendikspor”la heç-heçəyə razılaşıb.

Azərbaycan yığmasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” bu turda Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”la qarşılaşıb. Matç Dadaşovun komandasının qələbəsiylə başa çatıb – 1:0.

Şahruddin bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb. Renat isə 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Adana Demirspor” 23 turdan sonra 31 xalla 7-ci, “Hatayspor” isə 25 xalla 14-cü sıradadır.

“Beşiktaş” səfərdə “Sivasspor”a məğlub olub. “Fənərbağça” isə 3 xalı 2 qolla qazanıb.

“Qalatasaray” hesabda geri düşdüyü matçdan qalib ayrıla bilib. “Trabzonspor” isə azarkeşləri önündə məğlub olub.

Türkiyə Super Liqası
XXIII tur

27 yanvar

Alanyaspor – Pendikspor 1:1
Qollar: 
L.Fer, 82 – M.Tiam, 78

Adana Demirspor – Hatayaspor 0:1
Qol: 
Nani, 44 (avtoqol)

28 yanvar

Konyaspor – Başakşəhər 2:3
Qollar:
 L.Prip, 8. 14. – K.Piatek, 67. 79. 90+5

Karagümrük – Rizespor 4:0
Qollar:
 V.Eysserik, 38. S.Dursun, 66. L.Mercan, 75. K.Keleş, 85.

Sivasspor – Beşiktaş 1:0
Qol:
 R.Maraj, 6.

Fənərbağça – Ankaragücü 2:1
Qollar:
 C.Ünder, 20. 32. – T.Ciyerci, 13

29 yanvar
İstanbulspor – Samsunspor 1:1
Qollar
: E.Gültekin, 54 – E.Kılınc, 72.

Kayserispor – Antalyaspor 1:1
Qollar:
 A.Karimi, 61 – S.Larsson, 31.

Qalatasaray – Qaziantep 2:1
Qollar:
 V.Zaha, 72. B.A.Yılmaz,  90 – A.Kızıldağ

Trabzonspor – Kasımpaşa 2:3
Qollar:
 E.Destan, 19. P.Yıldırım, 90+!. – A.Kara 47. H.Hajradinovic. 58. N.Kosta, 75.

Exit mobile version