Oynayacağına əmin deyilsə, isinməsini istəmir – Ançelotti Modriç haqda
“Realın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 22-ci turunun “Las Palmas”la oyunundan (2:1) sonra xorvatiyalı yarımmüdafiəçi Luka Modriçi meydana buraxmamaq qərarına münasibət bildirib.
Aut.az xəbər verir ki, 38 yaşlı futbolçu ardıcıl ikinci oyundur meydana daxil olmur.
“Niyə Luka bu gün bir dəqiqə oynamadı, hətta isinmədi? Oynayacağına əmin deyiləmsə, Modriçin isinməsini istəmirəm. Çünki ona həddən artıq hörmət edirəm”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Ançelottinin sözlərini sitat gətirib.
“Real” 21 görüşdə 54 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.
Aut.az
