Dadaşovun komandası Şahruddinli “Adana Demirspor”u məğlub etdi
Türkiyə Super Liqasında XXIII tura start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Alanyaspor” azarkeşləri önündə “Pendikspor”la heç-heçəyə razılaşıb.
Azərbaycan yığmasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” bu turda Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”la qarşılaşıb. Matç Dadaşovun komandasının qələbəsiylə başa çatıb – 1:0.
Şahruddin bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb. Renat isə 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Adana Demirspor” 23 turdan sonra 31 xalla 7-ci, “Hatayspor” isə 25 xalla 14-cü sıradadır.
Türkiyə Super Liqası
XXIII tur
27 yanvar
Alanyaspor – Pendikspor 1:1
Qollar: L.Fer, 82 – M.Tiam, 78
Adana Demirspor – Hatayaspor 0:1
Qol: Nani, 44 (avtoqol)
28 yanvar
14:30 Konyaspor – Başakşəhər
17:00 Karagümrük – Rizespor
17:00 Sivasspor – Beşiktaş
20:00 Fənərbağça – Ankaragücü
29 yanvar
18:00 İstanbulspor – Samsunspor
18:00 Kayserispor – Antalyaspor
21:00 Qalatasaray – Qaziantep
21:00 Trabzonspor – Kasımpaşa
