UFC-nin yeni çempionunu vətənində belə qarşıladılar – VİDEO
Orta çəkidə UFC-nin yeni çempionu Drikus Du Plessis vətəninə qayıdıb.
Aut.az xəbər verir ki, Cənubi Afrikadan olan idmançı UFC 297 -də Şon Striklendə qalib gələrək çempionluq kəmərini qazanıb. .
Yohannesburq Beynəlxalq Hava Limanında pərəstişkarları onu böyük soşqu ilə qarsalayıblar.
“Cənubi Afrikada dünyanın ən yaxşı MMA döyüşçüləri ilə rəqabət aparmaq üçün lazım olan hər şeyə malik olduğumuzu sübut etmək mənim üçün vacib idi. Biz nəinki yarışa bilərik, həm də qalib gələ bilərik. UFC-yə daxil olmaq çətindir və Cənubi Afrikadan oraya çatmaq ikiqat çətindir. Ümid edirəm ki, mənim qələbəm gənc istedadlar üçün bu qapını açacaq”, – deyə Du Plessisin sözlərini “Times Live” nəşri sitat gətirib.
Aut.az
