PSJ futbolçusunu “”Qarabağ”ın rəqibinə icarəyə verdi
PSJ-nin yarımmüdafiəçisi Şer Ndur bu mövsümün qalan hissəsini “Braqa”da keçirəcək.
Aut.az xəbər veririk, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib.
Mənbənin məlumatına görə, Portuqaliya klubu 19 yaşlı yarımmüdafiəçinin icarəsi ilə bağlı parislilərin rəhbərliyi ilə anlaşıb. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək. Bundan sonra müqavilə rəsmi olaraq elan olunacaq.
Ndour PSJ-yə 2023-cü ilin yayında “Benfika”dan azad agent kimi keçib. Bu mövsüm yarımmüdafiəçi parislilərin heyətində bir qol vurduğu bütün turnirlərdə cəmi dörd natamam oyun keçirib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, “Braqa” Avropa Liqasının 1/16 mərhələsində “Qarabağ”la qarşılaşacaq.
Aut.az
