Dünya futbolu

“Globe Soccer Awards” mükafatı – Bütün qaliblər

2023-cü il üçün “Globe Soccer Awards” mərasimi başa çatıb.

Aut.az xəbər veririk, mükafatlandırma mərasimi Dubayda (BƏƏ) keçirilib.

“Globe Soccer Awards”da bütün nominasiya qalibləri:

2023-cü ilin ən yaxşı məşqçisi Pep Qvardiola (Mançester Siti);

2023-cü ilin ən yaxşı qapıçısı Ederson (Mançester Siti və Braziliya millisi);

2023-cü ilin ən yaxşı yarımmüdafiəçisi Rodri (Mançester Siti və İspaniya);

2023-cü ilin ən yaxşı gənc oyunçusu – Cud Bellinqem (Real Madrid və İngiltərə millisi);

2023-cü ilin ən yaxşı oyunçusu Erlinq Haaland (Mançester Siti);

2023-cü ilin ən yaxşı qadın futbolçusu Aytana Bonmati (Barselona və İspaniya millisi);

2023-cü ildə Yaxın Şərqin ən yaxşı oyunçusu Kriştiano Ronaldo (Əl-Nasr və Portuqaliya);

2023-cü ilin bombardiri – Maradona mükafatının sahibi – Kriştiano Ronaldo (Əl-Nasr və Portuqaliya millisi);

Azarkeşlərə görə 2023-cü ilin ən yaxşı oyunçusu Kriştiano Ronaldo (“Əl-Nasr” və Portuqaliya millisi);

2023-cü ilin ən yaxşı komandası “Mançester Siti”.

Aut.az