İngiltərə

“Qumarbaz”ın cəzası bitdi, belə reaksiya verdi

“Brentford”un mərkəz hücumçusu, 27 yaşlı İvan Toni uzunmüddətli qadağasının sona çatmasına sosial mediada reaksiya verib.

 2023-cü ilin mayında hücumçu mərc oyun qaydalarına riayət etmədiyinə görə səkkiz ay müddətinə bütün turnirlərdə iştirakdan kənarlaşdırılmışdı.

Aut.az xəbər verir ki, Toni sosial şəbəkədə “Azadam!” yazıb və məhbus kimi geyinmiş bir adamın sevinclə əllərini yuxarı qaldırdığı animasiya videosunu paylaşıb.

İvan Toni 2020-ci ilin sentyabr ayından “Brentford”da oynayır.

“Transfermarkt” portalına görə forvardın hazırkı transfer dəyəri 35 milyon avrodur.

Aut.az