Ana olmaq üçün bu yola əl atdı
Amerikalı tennisçi Danielle Kollinz 2024-cü il mövsümünün onun karyerasının sonuncusu olacağını açıqlayıb.
Aut.az xəbər verir ki, 30 yaşlı raketka ustası ana olmaq arzusunda olduğu üçün belə qərar verib:
“Bəli, bu mənim son yarışma mövsümüm olacaq. Dəqiq nə vaxt olduğunu bilmirəm, amma bu mənim son mövsümüm olacaq. Düşünürəm ki, çox yaxşı karyera qurmuşam. Bunun eniş-yoxuşları olub və siz səyahətə və meydandan kənarda baş verən bəzi şeylərə, təqvimə və s məqamlar yetirsəniz görərsiniz ki, çox çətin idman növüdür.
Tennisdən kənar həyatımda diqqət yetirmək istədiyim başqa şeylər də var. Bunlara vaxtım ayrımaq istəyirəm. Təbii ki, uşaq sahibi olmaq mənim əsas prioritetimdir”.
Qeyd edək ki, Kollinz 2022-ci ildə baş tutan Avstraliya Açıq çempionatının fərdi yarışlarda finalçısı və üç WTA turnirinin qalibidir.
