Azərbaycan futbolu

Yeni klubları məlum oldu

İki gün öncə Birinci liqa təmsilçisi “Şamaxı” ilə yollarını ayıran Emil Qasımov və Rövşən Şahmuradovun yeni klubları bəlli olub.

Aut.az-ın əldə etdiyi məlumata görə, hər iki oyunçu karyerasını elə həmin liqada çıxış edən “Karvan”da davam etdirəcək. Futbolçular Yevlax təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, “Karvan” 12 turdan sonra 18 xalla Birinci Liqanın 6-cı pilləsində qərarlaşıb. Premyer Liqaya yüksəlməyi hədəfləyən “ağ-qaralar” lider “Qaradağ Lökbatan”dan 9 xal geri qalırlar.