Təxribatçı jest edən futbolçu yazdı: İstəyirdim ki…
Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel qol vurduqdan sonra Qəzzada keçirilən əməliyyata dəstək jestindən danışıb.
Aut.az xəbər verir ki, Saqif bu barədə sosial şəbəkədə yazıb.
“Mən heç kimi təhrik etməyə çalışmamışam, təxribat törətməmişəm. Mən hərbçi deyiləm. Nəticədə Qəzza da əsirlikdədir. Burada İsrail əsgərləri var. Hesab edirəm ki, 100 günlük müddət başa çatmalıdır.
Mən müharibənin bitməsini istəyirəm. Ona görə də biləyimdəki yazını göstərdim. Bura gələndən bəri heç kimə qarşı pislik etməmişəm. Mən demək istəyirdim ki, müharibəni dayandırmaq lazımdır”, – Saqiv “X” sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Türkiyənin “Antalyaspor” klubu komandanın israilli futbolçusu Saqiv Yehezkelin qovulduğunu bildirib.
Qeyd edək ki, Yehezkel çempionat matçında qol vurduqdan sonra biləyində “100 gün. 7.10″ və Davudun ulduzu olan simvolu nümayiş etdirib.
Aut.az
