“Lokomotiv”dən “Neftçi”yə
Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçib.
Aut.az xəbər verir ki, bu barədə Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında deyib. O, Kontenin bu həftə Bakıya gələcəyi və “ağ-qaralar”la müqavilə imzalayacağı bildirilib.
23 yaşlı vinger bu mövsüm 13 oyunda 3 qol vurub
