Digər

Dakar rallisi: Qəzaya düşən motosikletçi öldü

Dakar rallisində iştirak edən “TwinTrail Racing Team” komandası ispan motosikletçi Karles Falkonun öldüyünü açıqlayıb.

Aut.az xəbər verir ki, yanvarın 7-də Falkon Əl-Henakiya ilə Əl-Duvadimi arasındakı mərhələnin 448-ci kilometrində qəzaya uğrayıb. Faciə yerinə tibbi helikopterlə gələn qrup ispaniyalıya təcili yardım göstərib. Karlesin ürəyi dayanıb və sonra Əl-Duvadimi xəstəxanasına aparılıb.

“TwinTrail Racing Team”a bildirilib ki, Karles Falkon daha sonra beyin ödemi keçirib və sürücü komaya düşüb.

Təəssüf ki, alınan xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib.

Aut.az