Bu ölkə olimpiadanı boykot edəcək: Ruslar və beloruslar gəlsə
Latviya deputatları Fransa prezidenti Emmanuel Makrona Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiya Oyunlarına buraxılmaması xahişi ilə müraciət ediblər.
Aut.az xəbər verir ki, bəyanat Latviya Seyminin saytında yerləşdirilib.
“Vəziyyət çətindir, lakin biz Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının Paris Olimpiadasında neytral idmançı kimi çıxış etməsinə icazə vermək qərarına qarşı mövqeyimizi açıq şəkildə ifadə etməyə davam etməliyik”, – bəyanatda deyilir.
Qeyd olunur ki, bəzi latviyalı idmançılar turnirdə Rusiya və Belarusdan neytral idmançıların iştirak edəcəyi təqdirdə Parisdə keçiriləcək Oyunları boykot etməyə hazır olduqlarını artıq bəyan ediblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin BOK-un rusiyalıları 2024-cü il Oyunlarına qəbul etmək qərarını yüksək qiymətləndirib .
“Əgər bunlar siyasi motivli süni şərtlərdirsə, bizim liderlərimizin, medal iddiaçılarının qarşısını kəsmək məqsədi daşıyırsa, o zaman İdman Nazirliyi və Rusiya Olimpiya Komitəsi əsaslandırılmış qərar qəbul etməlidir”, – o vurğulayıb.
Dekabrın 8-də BOK ruslara və belaruslara Parisdə Olimpiadada iştirak etməyə icazə verib. Onlar turnirdə fərdi neytral idmançı kimi iştirak edə biləcəklər. Eyni zamanda, Ukraynada xüsusi əməliyyatı dəstəkləyən, habelə Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar Oyunlarda iştiraka buraxılmayacaqlar. Komanda idman növlərinin nümayəndələri də turniri buraxacaqlar.
Aut.az
