Türkiyə klubu israilli oyunçunu qovdu – Bu jestinə görə
Türkiyənin “Antalyaspor” klubu komandanın israilli futbolçusu Saqiv Yehezkeli Türkiyə Superliqasının matçında qol vurduqdan sonra Qəzza əməliyyatına dəstək jestinə görə qovmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, Yehezkel qol vurduqdan sonra “100 gün. 7.10″ və Davudun ulduzu olan yazını nümayiş etdirib.
“Bu gün “Trabzonspor”la oynadığımız matçın 68-ci dəqiqəsində qol vurduqdan sonra biləyindəki yazını paylaşaraq ölkəmizin milli dəyərlərinə zidd hərəkət etdiyi üçün Saqiv Yehezkelin komandadan qovulmasına qərar verilib.
Çempionluq və ya kubok söz mövzusu olsa belə, idarə heyətimiz heç vaxt ölkəmizin hisslərinə zidd davranışlara icazə verməyəcək”, – Türkiyənin “Haberler” nəşri klubun açıqlamasından sitat gətirib.
Aut.az
