Suares “Barselona” ilə bağlı sirrini açdı: Belə xəyalımız var idi
“İnter Mayami”nin hücumçusu Luiz Suares maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, hazırkı və “Barselona”da birgə çıxış etdiyi komanda yoldaşları – Lionel Messi, Xordi Alba və Serxi Busketslə bağlı maraqlı fikirlər səsləmdirib:
“Yenidən birlikdə oynayacağımızı düşünmürdüm, çünki Leo Messinin karyerasını “Barselona”da bitirəcəyinə əmin idim. 2019-cu ildə biz “Barsa” ilə mümkün olan bütün kubokları qazanacağımızı və karyeramızı orada bitirməyi xəyal edirdik. Amma əvvəlcə mən getdim, sonra hamı.
Biz yenidən böyük xəyallar qurmalıyıq. Niyə titul qazanmağı xəyal etməyək? Hər şey bizdən asılıdır, biz bunu meydanda sübut etməliyik”.
