Azərbaycan futbolu

“Qarabağ”a pis xəbər

Kape Verde millisinin düşərgəsində olan “Qarabağ”ın futbolçusu Patrik Andrade zədələnib.

Aut.az xəbər verir ki, belindəki ağrılar səbəbindən Andrade milli komandası ilə ardıcıl ikinci məşqi də buraxıb.

Əlavə edək ki, Kabo-Verde yığması yanvarın 14-də başlayacaq Afrika Millətlər Kubokunun oyunlarına hazırlaşır.

Andradenin komandası yanvarın 15-də Qana ilə qarşılaşacaq. Ondan əvvəl isə Tunislə sabaha planlaşdırılan yoldaşlıq oyunu keçirəcək.