Azərbaycan futbolu

“Araz-Naxçıvan” – “Zirə”: məkan yenə dəyişdi

“Araz-Naxçıvan”la “Zirə” arasında keçiriləcək yoldaş oyununun məkanı yenidən dəyişdirilib.

Aut.az xəbər verir ki, oyun sabah – yanvarın 10-da, saat 15:00-da “Dalğa Arena”da keçiriləcək. Bu barədə “Araz-Naxçıvan”ın mətbuat xidməti məlumat yayıb.

Görüşün daha əvvəl Bakı Olimpiya stadionun keçirilməsi planlaşdırılırdı. Lakin daha sonra matçın Zirə İdman Kompleksində olacağı bildirilmişdi.