2023-cü ilin ən yaxşı döyüşü bəlli oldu
Amerikanın məşhur döyüş portalı “MMAJunkie” 2023-cü ilin ən yaxşı döyüşünü seçib.
Aut.az xəbər verir ki, nəşrin məlumatına görə, ilin döyüşü yüngül çəki dərəcəsində UFC çempionu rusiyalı İslam Maxaçovun avstraliyalı Aleksandr Volkanovski üzərində ilk qələbəsi olub. Onların görüşü 12 fevral 2023-cü ildə UFC 284-də baş tutub. İslam yekdil qərarla rəqibini məğlub edib.
Qeyd edək ki, daha sonra Maxaçevlə Volkanovski arasında revanş qarşılaşması olub. Bu, 21 oktyabr 2023-cü ildə qarışıq döyüş növləri üzrə UFC 294 turnirində baş verib. İkinci döyüşdə rəqabət olmayıb. İslam ilk raundda rəqibini nokaut edə bilib. Qələbədən sonra Maxaçev çəki dərəcələrindən asılı olmayaraq ən yaxşı UFC döyüşçülərinin reytinqində lider olub.
Aut.az
