İspaniya

Xavidən etiraf: Bu futbolçular haqda düşünə bilmərik

“Barselona”nın baş məşqçisi Xavi jurnalistlərin Erlinq Haaland (Mançester Siti) və ya Kilian Mbappenin (PSJ) mümkün transferləri ilə bağlı sualını cavablandırıb.

“Haaland yoxsa Mbappe? Haaland və ya Mbappe haqqında düşünə bilmərik. Təəssüf ki, “Barselona” hazırda bu oyunçuları ala bilmir. Sahib olduğum futbolçulardan razıyam.

Biz bunu etmək üçün imtiyazlı iqtisadi vəziyyətdə deyilik. Sərəncamımda olan oyunçularla qalib gəlməliyik. Biz titullar qazanmalıyıq və yaxşı oynamalıyıq, rəqabət çox yüksəkdir”, – deyə  90min. Xavidən sitat gətirib.

Aut.az