Azərbaycan futbolu

Lunyov: “Vəziyyətin düzələcəyinə inanırdım”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

Aut.az xəbər verir ki, “Matç TV”yə danışan qolkiper 2023-cü ili dəyərləndirib:

– 2023-cü ili sizin üçün müsbət adlandırmaq olar?
– İlin əvvəli pis idi, bundan pis ola bilməzdi. Sonluq isə yaxşı alındı. İlin əvvəlində vəziyyətin düzələcəyinə inanırdım. Əlimdən gələni etdim və sevinirəm ki, işim batmadı.

– Özünüzə neçə xal verirsiniz?
– Zədədən sonra futbola qayıda bildim və bu, mənim üçün önəmli idi. Bir çox adam zədəmin böyük nəticələrinin olacağını dedi, ancaq hər şey yolunda getdi. Buna görə 4+ xal verirəm.

– 2024-cü il üçün hədəfləriniz nədir?
– Daha əvvəl dediyim kimi, hər şeyi bacardığım qədər etmək istəyirəm. Əsas olan zədələnməməyim, sağlamlığımın pozulmamasıdır. Qalanına baxarıq.