İspaniya

Liderləri satırlar – Pulu bu layihəyə yönəldəcəklər

“Jirona”nın rəhbərlərindən biri Pere Qvardiola bildirib ki, klub tezliklə öz stadionunun yenidən qurulmasına və genişləndirilməsinə başlayacaq.

Aut.az xəbər verir ki, o bildirib ki, çox şey oyunçuların satışından əldə ediləcək gəlirdən asılıdır.

“Bizim stadionun genişləndirilməsi ilə bağlı layihəmiz var və onu şəhər rəhbərliyinə təqdim etmişik. Klubun inkişafımızla bağlı vizyonu var, lakin bu planlar həm də transfer bazarında oyunçu satışından asılıdır. Stadionda işlərin fevralda başlaması və 2025-ci ildə başa çatdırılması nəzərdə tutulub. Bu, şəhər üçün vacib layihədir”, – Qvardiola bildirib.

Daha əvvəl funksioner qeyd edib ki, klub Artyom Dovbik və digər futbolçularla bağlı təklif almayıb.

Aut.az