Azərbaycan futboluTürkiyə

Azərbaycanlı futbolçu Türkiyə klubuna keçidindən nələr yazdı?

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

Aut.az xəbər verir ki, 28 yaşlı vinger “Boluspor”la 1,5 illik müqavilə imzalayıb. İsgəndərli I Liqa təmsilçisinə keçidi haqda feysbuk hesabında bunları yazıb:

“Yeni səhifə. Allah utandırmasın”.

“Boluspor” çempionatda 17 turdan 22 xalla 10-cu sıradadır.

Vüsal son olaraq Albaniyada “Eqnatiya”da çıxış edirdi. O, bu komanda ilə 17 matçda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.