Hokkey

Bunu bacaran beşinci oyunçu oldu

Milli Hokkey Liqasının müntəzəm mövsümünün növbəti oyununda “Edmonton Oilers” “Filadelfiya Fleyers”i qəbul və 5:2 hesabı ilə məğlub edib

Aut.az xəbər verir ki, “neftçilər” kapitanı Konnor MakDevid üçün əlamətdar olub. O, 1 qol və 4 məhsuldar ötürmə etməklə yanaşı, NHL karyerası ərzində 900 xal səddinə çatıb. Kanadalı hücumçunun bu mərhələyə çatması üçün cəmi 602 matç lazım olub. Bu statistika MakDevidi yarış tarixində 900 xal həddinə sürətli çatan beşinci oyunçu edib.

Qeyd edək ki, Rekord Ueyn Qretskiyə (385) məxsusdur.