Hamı İstanbula, o isə Naranı da götürüb Dubaya uçdu
Türkiyə Superkubokunun “Qalatasaray”la “Fənərbaxça” arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyunu ləğv edildikdən sonra Mauro İkardi ailəsi ilə birlikdə Dubaya tətilə gedib.
Aut.az xəbər veririk, təxirəsalmadan sonra komandalar İstanbula qayıdarkən, İkardi ailəsi ilə birlikdə Ər-Riyaddan Dubaya uçub.
Onlar Dubaya şəxsi təyyarə ilə yollanıblar. Argentinalı hücumçu çərşənbə axşamına qədər Dubayda olacaq. “Qalatasaray” futbolçularına 4 günlük tətil verib.
Aut.az
