Basketbol

Onun sayəsində heç kimin dalını təpikləməyib – O’Nil kimə borcludur?

Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Şakil O’Nil  dördüncü tituluna görə ən çox borclu olduğu oyunçunun adını çəkib.

Aut.az xəbər verir ki, Şak “Mayami Hit”in sabiq hücumçusu Yudonis Haslemi fərqləndirib.

“Dördüncü titulumu qazanmağımın səbəbi odur. Bu adam mənim dördüncü titulumu qazanmağımın səbəbidir. Onun zəhmətkeşliyi, fədakarlığı, sədaqəti… Məhz onun sayəsində o komandada kiminsə arxasına təpik vurmamışam”, – 51 yaşlı O’Nil “The Big Podcast”da deyib.

Xatırlayaq ki, əfsanəvi basketbolçu 2004-2008-ci illərdə “Mayami”də çıxış edib və dördüncü dəfə NBA çempionu olub.

Aut.az