VAR ləğv edilməlidir? – Klopp deyir ki…
“Liverpul”un baş məşqçisi Yurgen Klopp videotəkrar sistemi (VAR ) haqqında fikirlərini bildirib.
“Bu, hamımızın hər gün, demək olar ki, hər dəfə qarşılaşdığımız problemdir. Oyuna baxanda düşünürük: “Bu necə mümkündür?” “Arsenal” ilə matçda iki qol var, amma biz bunu daha çox müzakirə etməyə davam edirik.
VAR ləğv edilməlidir? Yox. Amma VAR-dan daha yaxşı istifadə etməliyik. Düşünürəm ki, bu, realdır”, – Kloppun sözlərini “Sky Sports” yayıb.
Aut.az
