Məşhur məşqçi getdi – Yerinə nəvəsi gəldi
“Uraloçka” qadın voleybol klubunun baş məşqçisi Nikolay Karpol vəzifəsini tərk edib.
Aut.az xəbər verir ki, bu barədə komandanın Telegram kanalında məlumat verilib.
Onu nəvəsi Mixail Karpol əvəz edib. Mütəxəssis əvvəllər “Uraloçka”nın gənclər komandasına rəhbərlik edib, əsas komandanın böyük məşqçisi olub, həmçinin 2021/2022 mövsümündə baş məşqçi vəzifəsində çalışıb.
85 yaşlı Nikolay Karpol 1969-cu ildən “Uraloçka”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 11 qat SSRİ çempionu və 14 dəfə Rusiya çempionatının qalibidir.
Nikolay Karpol SSRİ və Rusiya yığmalarını da çalışdırıb. Sovet komandası ilə birlikdə ikiqat Olimpiya çempionu və dünya çempionu olub. Rusiya yığmasına iki dəfə Olimpiadanın gümüş medalını qazandırıb. Karpol dünyanın ən titullu voleybol məşqçisidir.
Aut.az
