Azərbaycan futbolu

“Karvan”dan bəyanat: “Təmiz futbol, ədalətli qərarlar istəyirik!”

“Karvan” klubu bəyanat yayıb.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi I Liqanın 12-ci turunun “Zaqatala” ilə oyununda vurduğu qolun ofsayd səbəbiylə sayılmamasına etiraz edib:

“Karvan” futbol klubu olaraq “Zaqatala” ilə keçirilən son oyunumuzda əleyhimizə verilən qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da sadəcə son oyundan videogörüntünü təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq təmiz futbol, ədalətli qərarlar istəyirik!”