İngiltərə

Klopp elə bir vəziyyətdədir ki… – Salaha aidiyyəti yoxdur

“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda televiziya eksperti Qarri Nevil “Liverpul”un hücumameyilli futbolçularının İngiltərə çempionatının 17-ci turunun “Arsenal”la oyunundakı çıxışı (1:1) haqda fikirlərini bölüşüb.

“Yurgen Klopp Qakpo, Dias və Nunes üçlüyü ilə rahat deyil. Onları mövqedən mövqeyə keçirir, gələn həftə hansının oynayacağını bilmirsən. Onları çox erkən dəyişdirir.

Əvvəllər onun Firmino, Salah, Manedən ibarət ön üçlüyü var idi və saat kimi işləyir, yüksək səviyyə göstərirdi. İndi Klopp elə bir vəziyyətdədir ki, o, hər həftə oyunçularla hoqqabazlıq etməyə və hansının daha yaxşı olduğunu təxmin etməyə məcbur olur.

Onlar qarışıqdırlar. Əvvəllər hücumda oynayan üç oyunçu dünya səviyyəli idi. Nunes, Qakpo və Dias səliqəsizdirlər. Bununla belə, bunun Salaha aidiyyəti yoxdur”, – Nevil bildirib.

Aut.az