Azərbaycan futbolu

Tovuzda xəsarət alan var? – PFL rəsmisi açıqladı

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz Naxçıvan” matçının 81-ci dəqiqədə işıq dirəyinin aşması səbəbiylə bağlı məlumat vermişdik.

Aut.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə Peşəkar Futbol Liqasının  Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib:

“Tovuzdakı bədbəxt hadisədə xəsarət alan yoxdur, azarkeşlər evakuasiya olundu, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir”.